Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Brakonyerliklə məşğul olan 5 nəfər saxlanıldı

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən iyul ayı ərzində xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb.

Araşdırma zamanı qanun pozucularının Neftçala rayon sakini Yusif Məlikov, Masallı rayon sakini Şahmur Kərumov, Oğuz rayon sakinləri Dünyabir və Raqif Nəsirov olduğu müəyyən edilib və onlardan 2 ədəd ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

www.yenicag.az

1155
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100