!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Braziliya ordusunda "Viagra" skandalı: 30 mindən çox həb alınıbmış

!Reklam – Yazi

Braziliyada ordusunun şəxsi heyəti üçün 30 mindən çox cinsi gücü artıran “Viagra” həbi alınması xəbəri ölkə gündəminə bomba kimi düşüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya mətbuatı Dəniz və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün 30 mindən çox cinsi gücü artıran “Viagra” həbi alındığı məlumatını paylaşıb.

Məlumat yayıldıqdan sonra müxalifət və insanlar arasında etiraz səsləri yüksəlib. Etirazlar fonunda Müdafiə Nazirliyi tərəfindən açıqlama verilərək sözügedən həblərin yüksək qan təzyiqinin müalicəsi üçün alındığı bildirilib. Nazirliyin bu açıqlamasından sonra “O Globo” qəzeti “Viagra”nın təzyiq üçün yox, sərtləşmə məqsədilə alındığını yazıb.

Müxalif qüvvələr isə həmin həblərin alınması ilə bağlı ölkə prezidentindən açıqlama tələb ediblər.

Braziliyalı müğənni Zelia Dunkan sosial media hesabında “Viagra” skandalına toxunaraq, “Özümü iqtidarsız hiss edirəm”, – deyə yazıb.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv