Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Brexit” “Qazprom”un işinə təsir etməyib

“Brexit” “Qazprom”un Böyük Britaniyadakı fəaliyyətinə, Gazprom Marketing and Trading (GM&T) ticarət şirkətinin işinə təsir etməyib.

Yeniçağ.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedyev məlumat verib.

Onun sözlərinə görə, elan olunan “Brexit” şirkətin Britaniyadakı qaz bazarına da, maye təbii qaz portfelinə də zərər vurmayacaq.

““Qazprom eksport” şirkətinin uzunmüddətli müqavilələr əsasında Avropa biznesi ilə çalışdığı bir zamanda “GM&T” bütün dünyada fəaliyyət göstərir və Britaniyada ticarət, eləcə də, maye təbii qaz üzrə ixtisaslaşır”, – deyə Medvedyev qeyd edib.

Xatırladaq ki, bu gün “Qazprom” rəhbərliyinin “Brexit”dən narahat olduğu, ticarət və marketinq bölməsini Londondan çıxartmaq istədiyi barədə məlumat yayılıb

Yeniçağ.az

www.yenicag.az

398