!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BRİCS genişlənir: Bu ölkələr Çinin “başına yığılır” - ŞƏRH

!Reklam – Yazi

“Yeni quruluşun yaranması və böyük resursları – insan və qeyri-insan resurslarını əlində cəmləməsi Qərb institutlarının zəifləməsi deməkdir”.

Bu sözləri “BRİCS” təşkilatının genişlənməsinə dair dəyərləndirmə aparan iqtisadçı ekspert Natiq Cəfərov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, yeni qəbul edilmiş ölkələr arasında da ciddi problemlər hökm sürür və bunların həlli də sual doğurur:

“Yanvarın 1-dən “BRİCS” ölkələrinin sayı 11-ə yüksələcək. Haqqında bəhs etdiyimiz layihə Çinə məxsusdur. Obrazlı şəkildə ifadə etsək, bu ölkələr Çinin “başına yığılır”. Burada Rusiya ikinci dərəcəli ölkə hesab edilir. Üzv dövlətləri dollardan imtina edərək qarşılıqlı ticarətdə Çin yuanını təşviq etməyi hədəfləyir.

Çinin həmin ölkələrə etdiyi investiiyalar Rusiyanınkından hətta 10-15 dəfə çoxdur. Yəni bu təşkilat Rusiyanın “klub”u hesab edilmir. Təşkilata üzv ölkələr Rusiyaya resurs ehtiyatı kimi nəzər salırlar. Bu baxımdan daxildə Çinin dominantlığı daha güclü olacaq.

Nəzərə almaq lazımdır ki, yeni qəbul edilmiş ölkələr arasında da ciddi problemlər hökm sürür və bunların həlli də sual doğurur. Bildiyimiz kimi, Hindistanla Çin arasında Himalay dağları ətrafında ərazi iddiaları var və indiyədək həllini tapmayıb. Həmçinin yeni üzvlərdən Səudiyyə Ərəbistanı və İrandır. Həmin nik ölkə arasında daim gərginliklərin şahidi olmuşuq. Bu məsələ də maraqlıdır. Bu tipli mövzular çoxdur. Əslində isə, yeni quruluşun yaranması və böyük resursları – insan və qeyri-insan resurslarını əlində cəmləməsi Qərb institutlarının zəifləməsi deməkdir. Bu isə, Çinin yüksəlişinə dəlalət edir, nəinki Rusiyanın.

Üzv ölkələr də bir növ Rusiyadan istifadə edirlər. Sanksiyalara qoşulmayaraq bu ölkədən enerji daşıyıcıları və xammal alırlar. Məsələn, artıq Hindistan Rusiyadan neft alışını 30 dəfə artırıb. Bu da qiymətin ucuz olmasıyla bağlıdır. Dünya bazarlarında neftin qiyməti 86 dollar olduğu zaman Çin və Hindistan bunu 50-55 dollara alır.
Rusiya bunu yaxın ölkələrin öz ətrafında cəmləşməsi kimi təqdim etməyə çalışır. Lakin reallıq bir az fərqlidir, daha çox Çinin önə çıxmasını ehtiva edir”.

Yusif Səmədzadə

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv