!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniya kraliçasının evi icarəyə verilir - FOTO

!Reklam – Yazi

Böyük Britaniya Kraliçası II Elizabet Sandringemdəki evlərindən birini icarəyə verir.

Yenicag.az xəbər verir ki, məlumatı “Independent Turkish” yayıb.

Bildirilib ki, bir gecəlik icarə haqqı 237-354 funt sterlinq arasında dəyişir.

“Garden House” adlanan 4 otaqlı ev 8 nəfərə qədər qonaq qəbul edə bilər. Əvvəllər orada baş bağban yaşayıb. İkimərtəbəli ev əvvəllər kralıçanın iqamətgahında istifadə edilən əşyalarla təchiz olunub. Evin geniş mətbəxi, “AGA” tipli sobası var, ayrıca yemək, qonaq və bağa baxan üçün istirahət otaqları var. Yataq otaqlarından ikisində kral çarpayıları, digərlərində isə iki nəfərlik çarpayılar yerləşdirilib.

Kraliçanın Şotlandiyanın Balmoral şəhərindəki malikanəsində həftəlik icarənin qiyməti 555-1620 funt sterlinqə qədər dəyişir.

Qeyd edək ki, II Elizabet yeni seçilən Baş nazir Liz Trası Balmoralda qəbul edib./Report/

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv