!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniya məhkəməsi: Şotlandiya müstəqillik referendumu keçirə bilməz

!Reklam – Yazi

Şotlandiyanın müstəqillikla bağlı planları İngiltərə tərəfindən rədd edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə Ali Məhkəmə Böyük Britaniya parlamentinin razılığı olmadan Şotlandiyanın müstəqilliyi üçün ikinci referendumun keçirilə bilməyəcəyinə qərar verib.

Şotlandiyanın Regional Hökumətinin Baş naziri Nikola Sturgeon oktyabrın 10-da elan etmişdi ki, Ali Məhkəmə lehinə qərar verərsə, Şotlandiyanın İngiltərədən müstəqillik əldə etməsi üçün ikinci referendum 19 oktyabr 2023-cü ildə keçirilə bilər.

Şotlandiya Milli Partiyası iddia edir ki, şotlandlar 18 sentyabr 2014-cü ildə keçirilən referendumda 55 faizlə müstəqilliyi rədd etsələr də, Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı, çox vaxt Brexit kimi qısaldılır. “Böyük Britaniya” və “exit” sözlərinin birləşməsidir) vəziyyəti dəyişib və yeni referendumun keçirilməsinə ehtiyac var.

Yeni müstəqillik referendumunun keçirilməsi üçün Britaniya parlamentindən icazə tələb olunur. Digər tərəfdən, Mühafizəkarlar Partiyasının çoxluq təşkil etdiyi 650 nəfərlik parlamentdən belə bir icazə almaq mümkünsüz görünür.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv