!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniya nəşrindən Rusiyanın Ukraynaya hücumunun DƏQİQ VAXTI – Aktual PROQNOZ

!Reklam – Yazi

Böyük Britaniyanın nüfuzlu nəşri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin “növbəti” dəqiq vaxtını göstərib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Sun” nəşri Rusiyanın bu il fevralın 16-sı səhər saat 04:00-da Ukraynaya hücuma keçəcəyini proqnozlaşdırıb.

Qəzetin bu mövzuya həsr etdiyi materialda sözügedən məlumatın ABŞ kəşfiyyatına məxsus olduğu qeyd edilib.

Materialda bildirilib ki, 200 minlik Rusiya hərbi kontingenti Ukrayna ərazisinə endiriləcək intensiv raket zərbələrindən sonra sərhədboyu genişmiqyaslı hücuma keçəcək.

Məlumata əsasən, hücum əməliyyatında Belarus istiqamətindən 40 min nəfərlik hərbi qüvvə cəlb ediləcək. Eyni zamanda, separatçı Donbas regionundan da 30 min nəfərin əməliyyatda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də Rusiyanın Ukraynaya hücum əməliyyatını fevralın 16-na təyin etdiyini açıqlamışdı.

www.yenicag.az

1020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv