Britaniya son 40 ilin ən isti havası ilə üz-üzə

Böyük Britaniyada may ayının əvvəlindən başlayan istilər son 40 ilin rekordunun yenilənməsi ilə müşahidə olunmaqdadı.

Yenicag.az xəbər verir ki, paytaxt Londonda artıq 28 dərəcə isti qeydə alınıb. Amma bəzi yerlərdə havanın istiliyi 29 dərəcəyə çatır.

Sinoptiklərin məlumatına görə, Britaniyada mayın əvvəli üçün orta temperatur göstəricisi 15 dərəcə olduğu halda, havaların birdən-birə bu qədər istiləşməsi həm yerli əhali, həm də turistlər üçün gözlənilməz olub.

Bu üzdən də insanlar parklara və ictimai bağlara üz tutublar. Günəş vannası qəbul edənlərin, sularda çimənlərin sayı xeyli çoxalıb.

Məlumatda o da bildirilir ki, Böyük Britaniyada may ayında ən isti hava 1995-ci ildə qeydə alınıb – 28,6 dərəcə. Rekord göstərici isə 1944-cü ildə olub – 33 dərəcə.