!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniya Ukraynaya humanitar yardım göstərəcək

!Reklam – Yazi

Böyük Britaniya hökuməti Kaxovka su elektrik stansiyasında (SES) fövqəladə vəziyyətdən zərər çəkənlərə kömək üçün əlavə olaraq 16 milyon funt-sterlinq ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Böyük Britaniya Qırmızı Xaç hərəkatına 10 milyon funt sterlinq, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə (OCHA) 5 milyon funt sterlinq və Beynəlxalq Miqrasiya Təşkilatına isə 1 milyon funt sterlinq ayıracaq.

Nazirlik bildirib ki, artıq Britaniyanın iki xilasedici qayığı, axtarış-xilasetmə avadanlığı və tibbi yardım dəstləri Xersona çatdırılıb. Qalan yüklər gələn həftə zərər çəkmiş ərazilərə çatmağa başlamalıdır.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv