!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniya Ukraynaya yeni yardımlar barədə qərar qəbul etdi

!Reklam – Yazi

Böyük Britaniya Ukraynaya yeni təcili tibbi yardım, yanğınsöndürən maşınlar və tibbi ləvazimatlar göndərəcək.

Yenicag.az hökumətin saytına istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Boris Conson elan edib.

“Hərbi dəstəyimizi davam etdirəcək. Eyni zamanda Putinin qəddar davranışlarının uğursuzluğa düçar olması üçün Ukraynanın imkanlarını daha da artıracağıq”, – o deyib.

Bildirilib ki, hücumdan bəri Ukraynada səhiyyə müəssisələrinə 130-dan çox hücum edilib və BMT 4800-ə yaxın mülki itkini qeyd edib. Ukraynada 100-dən çox yanğınsöndürmə məntəqəsi və 250 yanğınsöndürən maşın məhv olub.

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv