!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyada banknotlardakı monarxın təsviri ilk dəfə dəyişdirildi

!Reklam – Yazi

Böyük Britaniya Kralı III Çarlz ilk dəfə yeni funt banknotlarda öz portretini görmək imkanı qazanıb.

Yenicag.az xəbər verir ki, yeni əskinaslar iyun ayında dövriyyəyə buraxılacaq.

Bundan sonra monarxın təsviri dövriyyədə olan bütün nominallarda olacaq.

İngiltərə Bankının qubernatoru Endryu Beyli və baş kassir Sara Con Bukingem sarayında krala onun təsviri olan ilk əskinasları təqdim ediblər.

Kral, ənənəyə görə, yeni əskinasların ilk nüsxələrini almalıdır. Bu o deməkdir ki, monarxa 00001 nömrəli əskinaslar verilib.

Kral III Çarlzın təsviri olan əskinaslar II Yelizavetanın təsvir olunduğu əvvəlki əskinaslarla yanaşı istifadə olunacaq./Report/

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv