!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyada yeni hökumətin tərkibi bəlli oldu

!Reklam – Yazi

Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, – xəbərdə deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Eyni zamanda Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.

Bununla yanaşı, xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Forin Ofisinin rəhbəri təyin edilib. Müavin kimi 53 yaşlı Kleverli iki il yarım işləyib – əvvəlcə Dominik Raabın, sonra isə Trassın komandasında. O, Yaxın Şərq, Şimali Afrika və Şimali Amerika regionuna cavabdeh olub, daha sonra Şimali Amerika və Avropaya nəzarət edib. Kleverlinin parlament karyerası 2015-ci ildə, o, bir neçə uğursuz cəhddən sonra İcmalar Palatasına seçiləndə başlayıb və 2018-ci ildə hakim Mühafizəkarlar Partiyasının sədr müavini olduqdan sonra kəskin şəkildə yüksəlib, sonra isə bir sıra məsul vəzifələr alıb.

Əvvəllər İngiltərə və Uels üzrə Baş prokuror olan Svella Braverman Trass kabinetində daxili işlər naziri olacaq.

Braverman Boris Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasında liderlik uğrunda mübarizənin iştirakçılarından biri olub, lakin partiyadaxili səsvermənin ikinci turunda mübarizəni tərk edib və nəticədə iki finalçı müəyyənləşib.

Qeyd edək ki, Ben Uolles Trassın kabinetində müdafiə naziri postunu saxlayıb./Report/

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv