!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyalı mütəxəssislər ANAMA əməkdaşlarına təlim keçdilər - FOTO

!Reklam – Yazi

Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 13 nəfər partlayış qrupu işçisinə “EOD level 3+” təlimləri başa çatıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, müvafiq təlimlərin keçirilməsi agentliyin və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında əldə edilən razılaşmaya əsasən təşkil olunub.

Məqsəd, humanitar minatəmizləmə fəaliyyətini icra edən Agentliyin əməkdaşlarının mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi zamanı qabaqcıl təcrübə və metodların tətbiqi imkanlarının artırılmasıdır. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq təlimlər sahə işçilərinə davranış və təhlükəsizlik qaydalarının aşılanması, əldədüzəlmə və digər partlayıcı qurğuların iş prinsipi və zərərsizləşdirilməsi barədə yeni bilik və bacarıqlarının təkmilləşdirilməsini təmin edir.

Təlimlərdə partlayış əməliyyatlarının planlaşdırılması, idarəedilməsi və tapşırıqların icrası fəaliyyəti də əhatə olunur.

Mina və hərbi sursatların zərərsizləşdirilməsinə dair təşkil olunan, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbi (International School of Security and Explosives Education, İSSEE) tərəfindən bir ay müddətində tədris edilən “EOD 3+” təlimi ANAMA-nın Füzuli rayonunda yerləşən Horadiz Regional mərkəzində keçirilib.

ANAMA-nın təlim fəaliyyəti daxilində “EOD level 3+” təlimlərinin təşkili və keçirilməsi imkanlarının əldə edilməsi məqsədilə Böyük Britaniyanın Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən Agentliyin təlim heyəti üçün Təlimçilərin Təlimi (ToT) proqramının icrasına başlanılıb.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv