Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Britaniyanın müxalifət lideri: “Terrorla mübarizə aparmırsız, terroru himayə edirsiz”

Böyük Britaniyanın müxalifət lideri ölkə hökumətini terrorla mübarizə aparmamaqda günahlandırıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Böyük Britaniyanın iki əsas siyasi təşkilatından biri olan Leyboristlər Partiyasının lideri Ceremi Korbin hökumətin ünvanına sərt ittihamlar səsləndirib.
Korbinin sözlərinə görə, Britaniya hökuməti terrorla mübarizə aparmaqdansa, terroru himayə edir:

“Terrora qarşı apardıqları mübarizənin səmərəsiz olduğunu etiraf edəcək qədər cəsarətli olmaları lazımdır. Terrorçuları bəsləyən və terroru dəstəkləyən ölkələrdən qaynaqlanan təhdidləri azaltmağın daha ağıllı yollarını tapmağa ehtiyac var.

Verilən izahatlar uşaqlarımıza qarşı hücum çəkənlərin məsuliyyətini heç bir halda azaltmır. Terrorçular hər zaman qınanacaq və onlardan cavab tələb olunacaq. Ancaq terroru himayə etmək əvəzinə, onunla mübarizə aparan və xalqımızın təhlükəsizliyini təmin edəcək fəaliyyətin ən mühüm cəhəti terroru doğuran səbəblərin doğru dərk edilməsidir”.

Yenicag.Az

 

www.yenicag.az

317
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100