Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Britaniyanın “osmanlı” baş nazirindən gözləntilər: “Bir nəfər sistemi dəyişə bilməz”

Reklam: Sinerji Pro

“Onun əsas işi Avropa İttifaqı ilə sövdələşmənin hansı şərtlərlə əldə edilməsi olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında, türk əsilli Boris Consonun Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri seçilərək, baş nazir postuna keşməsi ilə Londonun ümumi siyasətindəki mümkün dəyişiklikləri dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Conson hökumətinin əsas prioritetləri barəsində yalnız “Breksit” ətrafında müəyyənliyin yaranmasından sonra danışmaq mümkün olacaq: “Consonun mühafizəkarların lideri seçilməsi haqda nə demək olar? O, demokratik şəraitdə partiya lideri seçildi və bu nəticə heç kəs üçün gözlənilməz olmadı. Britaniyanın yeni hökumətinin əsas işi Avropa İttifaqına çıxış şərtlərinin müəyyənləşdirilməsidir. Yəni Conson qarşılıqlı razılıq əsasında möhlət götürəcək, ya da Britaniya möhlət almadan ittifaqı tərk edəcək Bu halda tərəflərin hər ikisi ciddi maliyyə itkiləri ilə üzləşəcək”.

Qeyd edək ki, mühafizəkarların lideri seçilən Boris Consonun formalaşdıracağı yeni hökumətdə, nazirlərdən üçdə ikisini Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına tərəfdar olan siyasətçilərin təşkil edəcəyi bildirilir. Bundan başqa, Conson hökumətində qadınların və etnik azlıqların nümayəndələrinin üstünlük təşkil edəcəyi gözlənilir.

A.Zeynalov

www.yenicag.az

629