!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyanın Rusiya asılılığından qurtarışı: London nüvə yanacağını necə əldə edəcək?

!Reklam – Yazi

Böyük Britaniya hökuməti ölkənin Rusiyadan nüvə yanacağı asılılığından qurtarması üçün hərəkətə keçib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti ölkədə nüvə yanacağının istehsalına başlanılması üçün 380 milyon dollar investisiya yatıracaq.

Bu barədə informasiyanı Böyük Britaniya hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, hökumət bununla ölkədəki nüvə reaktorlarının fəaliyyəti üçün tələb olunan yüksək əyarlı az zənginləşdirilmiş uran yanacağını (HALEU) daxili imkanlar hesabına təmin etməyi planlaşdırır.

Britaniya hökuməti bu layihənin gerçəkləşməsi ilə ölkənin nüvə yanacağına tələbatın ödənilməsini və şimal-şərqi İngiltərədə yeni iş yerlərinin açılmasını hədəfləyib.

Qeyd olunur ki, hazırda sözügedən yanacaq yalnız ABŞ və Rusiyada istehsal edilir.

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv