!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyanın Ukraynaya göndərəcəyi “qasid” dronlar nə işə yarayacaq? - TƏFƏRRÜAT

!Reklam – Yazi

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə “Malloy T150” tipli “qasid dronlar” bağışlayacaq.

Yenicag.az “Sky News” telekanalına istinadən xəbər verir ki, sözügedən pilotsuz təyyarələr Böyük Britaniyanın Baş naziri Boris Consonun mayın 3-də elan etdiyi 300 milyon funt-sterlinqlik yeni hərbi yardım paketinin bir hissəsidir.

Pilotsuz təyyarələr Britaniya Kral Dəniz Piyadaları tərəfindən sınaqdan keçirilib. Onların uçuş məsafəsi 70 km-dir.

Bu kvadrokopterlər 68 kq-a qədər avadanlıq daşıya bilir.

Məlum olduğu kimi, Ukraynanın coğrafi relyevi 10, bəzən isə 100 km.-lərcə uzanan düzənliklərdən ibarətdir. Bu da ön cəbhədə savaşan Ukrayna əsgərlərinin təchizatında müəyyən problemlər yaradır. Düzəngahlarda ön cəbhəyə silah-sursat daşıyan yük maşınları və hərbi texnikalar açıq hədəf halına gəlir, Rusiyanın artilleriya və raket atışları ilə vurulur. Bu da avadanlıqların daha təhlükəsiz vasitələrlə – qasid dronlarla daşınmasını şərtləndirir.

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv