!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel formatını pozmağa çalışan GÜCLƏR: "Onların əsas məqsədləri..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya və Fransa Brüssel formatını pozmağa çalışan iki böyük gücdür”.

Bu fikri Ermənistan-Azərbaycan arasındakı danışıqlar, ən sərfəli masa və gözləntiləri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Brüssel masası daha ciddi və obyektivdir:

“Şarl Mişelin bölgəyə gəlməsi və regionla tanış olması Brüssel masasının daha obyektiv mövqe tutmasına dəlalət elədi. Faktiki olaraq Brüssel Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağı Azərbaycanın sərhədləri çərçivəsində qəbul etdi. Axırıncı görüş onu sübut etdi ki, Qarabağ Azərbaycan ərazisidir və Ermənistan ora müdaxilə edə bilməz. İki ölkə arasında sərhədlər müəyyən edilib, delimitasiya edildikdən sonra sülh müqaviləsindən danışmaq olar.

Brüssel formatını pozmağa çalışan iki qüvvə var. Onlardaın biri Fransa və digəri isə Rusiyadır. Hər iki ölkəyə ermənilərin taleyi maraqlı deyil. Onları düşündürən tək şey bölgədə qalmaqdır. Əgər sülhməramlılar Qarabağda qalacaqsa, Gümrüdəki 102-ci baza da qalacaq. Sülhməramlılar Qarabağdan gedəcəksə, 102-ci baza da getməlidir. Bunu Rusiya da, Ermənistan da başa düşür. Rusiya gücdən düşdüyünə görə əvvəlki kimi Ermənistana pul və hərbi yardım edə bilmir. Belə olan təqdirdə Ermənistan Avropa formatına keçəcək. Brüssel həm də pul deməkdir.

Sülh müqaviləsi imzalanacaqsa, Azərbaycan Ermənistanın da böyük layihələrə qoşulmasında maraqlı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv