!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel formatının İFLAS BAYRAĞI: "Azərbaycanla Ermənistan arasında real sülhlə bağlı hansısa..."

!Reklam – Yazi

“Brüssel formatı kontekstində Qərbin vasitəçilik missiyaları o qədər də uğurlu olmayıb”.

Bunu Avropa İttifaqının XİN rəhbərləri çərçivəsində keçirdiyi görüşdə Azərbaycan və Ermənistanla bağlı hər hansı qərarın qəbul olunma ehtimalını şərh edən politoloq Tural İsmayılov Yenciag.az-a açıqlamasında deyib.

O bildirib ki, sözügedən iclasda Azərbaycanla Ermənistan arasındakı münasibətlərlə bağlı hansısa ciddi qərar qəbul edəcəyi düşünülmür:

“Daha əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı vasitəçi qismində çıxış etməyə çalışıb. Sonradan Avropa İttifaqı daxilində məhz Fransanın qızışdırıcı mövqeyi nəticəsində Azərbaycanla Ermənistan arasında real sülhlə bağlı hansısa nəticə əldə edilməyib. Bir sözlə, Brüssel formatı kontekstində Qərbin vasitəçilik missiyaları o qədər də uğurlu olmayıb.

İndi də hansısa nazirlər toplantısında, yaxud Avropa İttifaqının formal iclaslarında nəinki Azərbaycan-Ermənistan münasibətləri, ümumiyyətlə, dünyadakı siyasi münasibətlər sistemi ilə bağlı obyektiv qərarların veriləcəyini düşünmürəm. Ayrı-seçkiliyi görməyəni, 30 il ərzində işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyan platformalardan hansısa uğurlu yanaşma gözləmək olmaz.

Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı Avropa İttifaqı, Avropa İttifaqının Nazirlər Komitəsi hansısa praktiki təzyiq imkanlarından istifadə etməyib. Bu amillər nəzərə alındıqda belə iclaslarda nəticə əldə olunacağını düşünmək qeyri-mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv