!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşündən GÖZLƏNTİLƏR: "Ermənistan imza atdığı öhdəlikləri yerinə yetirmir" - POLİTOLOQ

!Reklam – Yazi

“Brüssel görüşündən əvvəl Putinin təşəbbüsü ilə Soçi görüşünün baş tutması o deməkdir ki, bu görüşün əhəmiyyəti olmayacaq”.

Bu fikri 15 dekabr Brüssel şəhərində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü və görüşdə əldə edilə biləcək nəticələri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Brüssel görüşünün heç bir nəticəsi olmayacaq:

“Azərbaycan heç bir görüşdən imtina etmir. Azərbaycanın həm də sözü ilə əməli üst-üstə düşür. Əfsuslar olsun ki, Ermənistan imza atdığı öhdəlikləri yerinə yetirmir. Bu, kommunikasiya xətlərinin açılması, Qarabağın işğaldan azad edilməmiş hissəsindən silahlı qüvvələrini çıxarmaması və digər məsələlərdir.

Düşünürəm ki, Brüssel görüşündə ciddi heç bir hadisə baş verməyəcək. Avropa Birliyi sülh müqaviləsi üçün müəyyən təkliflər irəli sürə bilər. Brüssel görüşü sülh müqaviləsinin vaxtını uzatmaq, ATƏT-in Minsk qrupunun prosesə cəlbi üçün bir platforma ola bilər. Azərbaycan üçünsə ciddi heç bir nəticə olmayacaq.

Bölgədə Rusiya ilə Türkiyənin mövqeləri üst-üstə düşür. İranın mövqeyində də müsbət mesajlar var”.

Səxavət Məmməd

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv