!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşündən GÖZLƏNTİLƏR: “Qərbdəki görüşləri Rusiyada keçirilənlərdən fərqləndirən amil...” - ŞƏRH

!Reklam – Yazi

“Brüsseldə növbəti görüşün keçirilməsi sülhə yönəlik atılacaq addımlarda vacib əhəmiyyətə sahibdir. Sadəcə burada əsas məsələ praktiki olaraq Ermənistana daha çox təzyiq edilməsindən ibarətdir”.

Bunu mayın 14-ü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilməsi planlanan görüşün gözlənən nəticələrini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşlərin bu günə qədər çox uğurlu formatda olduğunu nəzərə almaq lazımdır:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəfələrlə Azərbaycanın Brüssel formatına sadiq olduğunu vurğulayıb.

Brüssel formatını sabotaj edən Aİ-nin daxilindəki məkrli qüvvələr oldu. Bu gün konkret olaraq Aİ-nin müşahidə missiyası adı altında öz casus şəbəkələrini Ermənistan ərazilərinə yerləşdirən Fransa, daha öncə Avropa İttifaqı Şurasının rəhbərliyi altında keçirilən görüşləri tülkücəsinə şantaj etməklə məşğul olmuşdu. Nəticə etibarilə isə Brüssel formatı dayanmışdı.

Vaşinqtonda Ermənistan-Azərbaycan XİN rəhbərlərinin günlərlə davam edən müzakirə platformalarından sonra mayın 14-də Brüsseldə növbəti görüşün keçirilməsi sülhə yönəlik atılacaq addımlarda vacib əhəmiyyətə sahibdir. Sadəcə burada əsas məsələ praktiki olaraq Ermənistana daha çox təzyiq edilməsindən ibarətdir.

Qərbdəki görüşləri Rusiyada keçirilənlərdən fərqləndirən amil olmalıdır. Lakin təəssüflər olsun ki, nə Moskvada, nə də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Bu nöqteyi nəzərdən keçiriləcək görüşün nəticəsinin passiv olacağını düşünürəm. Çünki danışıqlar formatı davam etməlidir.

Məhz Ermənistanın təxribatları səbəbindən noyabr ayından etibarən danışıqlar həyata keçirilmirdi. Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan XİN rəhbərlərinin görüşündən sonra mayın 14-ü Ermənistan-Azərbaycan liderlərinin Qərbdə bir araya gəlməsi iki ölkənin münasibətləri baxımından ən azından hansısa formada dialoqun bərpa olunması ilə nəticələnəcək.

Azərbaycan bu formatı hər zaman uğurlu hesab edib. Görünən odur ki, artıq Qərbdən də Ermənistana qarşı çox ciddi təzyiqlər var. Bu fonda hesab edirəm ki, Qərb təzyiqlərini daha da gücləndirəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv