!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşündən nələr əldə edildi?: Rusiyanın planları alt-üst olur... - ŞƏRH

!Reklam – Yazi

“Rusiya istəyirdi ki, tərəflərdən ən azı biri döyüşləri əsas gətirərək görüşdən imtina etsin”.

Bu sözləri Brüssel görüşü və nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Zod istiqamətindəki döyüşləri Rusiya təşkil etmişdi:

“Qarabağdakı qeyri-qanuni silahlılarla bağlı Azərbaycanın mövqeyi üçtərəfli bəyanatda öz əksini tapıb. Orada deyilir ki, rus sülhməramlıları daxil olduqca silahlılar çıxacaqlar, çıxmadılar. Bundan sonra Azərbaycan tərəfi 2 il yarım müddətində israrla Rusiya və Ermənistan qarşısına tələb qoyur. Artıq rəsmi Bakı açıq şəkildə deyir ki, əgər çıxmasalar güc yolu ilə çıxaracaq. Azərbaycan tərəfi tələsmir, zor işlətməkdən çəkinir. Ən azı sülhməramlıların müddətinin 5 il tamam olmasını gözləyir. İmkan verir ki, diplomatiya işləsin.

Kəlbəcərdəki qarışıqlıqdan sonra Brüssel görüşünün baş verməsi iki şeyi sübut edir.

Birincisi, tərəflər səmimi şəkildə sülh əldə etməyə çalışırlar. İkincisi isə, Rusiyanın onsuz danışıqların getməsinə mane olmaq imkanları azalır. Zod istiqamətində hərbi toqquşma oldu, ölənlər və yaralananlar oldu, ancaq bu, görüşün keçirilməsinə mane olmadı. Gün kimi aydındır ki, Zod istiqamətindəki döyüşləri Rusiya təşkil etmişdi. Rusiya istəyirdi ki, tərəflərdən ən azı biri döyüşləri əsas gətirərək görüşdən imtina etsin. Tərəflər getdilər, danışdılar, müsbət nəticələr əldə etdilər.

Brüsseldə əldə edilmiş nəticələri yüksək qiymətləndirirəm. Ümid edirəm ki, iyun ayında Kişinyovda, daha sonra Brüsseldə keçiriləcək görüş, ola bilsin, hansısa sənədin imzalanmasına gətirib çıxarcaq. Həm Zəngəzur yolunun açılması, həm delimitasiya komissiyasının işinə başlaması, əsirlərin azad edilməsinə təkan verilməsi müsbət hadisələrdir”.

Səxavət Məmməd

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv