!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşünün gizli TƏRƏFİ: ABŞ missiyası İrəvana niyə gəlib?

!Reklam – Yazi

“Nəticə olaraq demək olar ki, həmin görüşdə Azərbaycana qarşı hansısa hərbi razılaşmanın və ittifaqın yaradılması ilə bağlı müzakirələr gedib”.

Bunu aprelin 5-i Brüsseldə Ermənistanla Aİ və ABŞ arasında keçirilən görüşdə gizli razılaşmaların hansı istiqamətdə olması ilə bağlı fikirlərini səsləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar Qərbin narazılığına səbəb olur.

“Bu səbəbdən Ermənistan vasitəsilə vəziyyəti dəyişməyə çalışırlar. Yəni Brüsseldə keçirilən görüş gözləntilərimizi tam doğrultdu. İrəvana istər maddi, istərsə də digər sahələrdə yardımların verilməsinin məqsədi məhz budur. Ancaq keçirilən görüşdə hərbi məsələlər ətrafında da danışıldığı istisna edilmir, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanın silahlandırılması üçün ən əsas da Fransa xüsusi canfəşanlıq götərir:

“Hətta görüşdən öncə ABŞ-nin monitorinq missiyası İrəvana gəlib. Əlavə olaraq bir müddət öncə Aİ mülki missiyası adı altında Ermənistana gələn hərbçilər arasında ABŞ və Norveçin də nümayəndələri iştirak edir. Sadalanan amillər Brüssel görüşündə Ermənistanın hərbi sahədə gücləndirilməsi istiqamətdə razılaşmaların olduğunu və gizli saxlanıldığını deməyə əsas verir. İctimaiyyətə açıqlanmayan həmin məsələlər bir gün hansısa formada üzə çıxacaq.
Məqsəd yalnız və yalnız geosiyasi arenada Ermənistanı hərbi poliqona çevirməkdir.

Azərbaycanı gözü götürməyən qüvvələr İrəvanı silahlandırmaqla, gücləndirməklə, sülhdən döndərməklə məqsədlərinə çatmaq üçün əllərindəki şansı dəyərləndirmək istəyirlər. Nəticə olaraq demək olar ki, həmin görüşdə Azərbaycana qarşı hansısa hərbi razılaşmanın və ittifaqın yaradılması ilə bağlı müzakirələr gedib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv