!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüsseldən İrəvana daha bir JEST: “Onların Ermənistanda casus şəbəkəsi qurduğunu..."

!Reklam – Yazi

 

“Ermənistana göndərilməsi planlaşdırılan yeni missiya da mülki fəaliyyətlə əlaqədar deyil”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Ermənistan ordusuna dəstək və humanitar yardım məqsədilə ölkəyə yeni missiya göndərmək qərarını şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Brüsselin Ermənistana yeni missiya göndərmək qərarı yersiz və əsassızdır:

“Çünki buna ehtiyac yoxdur. Dünya ictimaiyyəti Avropa İttifaqı missiyasının fəaliyyətinin hazırda Ermənistan ərazisində hər həftə yeni nümayəndəlik ofisi açmasından ibarət olduğunu bilir.

Nəticə etibarilə, bu fəaliyyətin mülki vəhumanitar məqsədlərlə heç bir əlaqəsinin olmadığı aydındır.

Yəni keçmiş hərbçi və polislərdən ibarət olan missiyanın hərbi məqsədlərlə yaradıldığı hər kəsə məlumdur.

Ermənistana göndərilməsi planlaşdırılan yeni missiya da mülki fəaliyyətlə əlaqədar deyil.

Qeyd etdiyimiz kimi, Almaniya, Fransa, Kanada və bir sıra Qərb ölkələrinin müşahidə missiyası adı altında Ermənistanda casus şəbəkəsi yaratdığını hər kəs bilir.

Burada məlum olmayan əsas məsələlərdən biri həmin missiyanın Ermənistanda hansı müşahidəni aparmasıdır”.

 

Nəsimi Ələsgərli

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv