!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüsselin İrəvana verdiyi hərbi dəstək: “Avropa İttifaqı Bakının etirazını mütləq nəzərə...”

!Reklam – Yazi

“Ermənistana edilən yardım heç də bu ölkənin müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulmayıb”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Ermənistana hərbi yardım göstərməsinə Bakının haqlı etirazını şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ Ermənistana siyasi dəstəklə yanaşı, həm də hərbi-texniki yardım göstərir:

“Xüsusilə, Avropa İttifaqının prezidenti Şarl Mişelin çoxsaylı təşəbbüsləri sayəsində Brüssel formatında keçirilən görüşlər effektiv idi. Lakin hazırda bu qurumun Ermənistanda yerləşən missiyası kəşfiyyat, əks-kəşfiyyat məlumatlarını ötürməklə, destruktiv fəaliyyət göstərir, bir çox hallarda təxribat üçün istifadə olunur.

Ermənistanın özünü müdafiə üçün “qalxan” kimi istifadə etdiyi bu missiya həm də təzadlı vəziyyət formalaşdırır. Çünki Ermənistanın Türkiyə və İranla olan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Burada kənar geopolitik aktorun regiona cəlb edilməsi qarşıdurmaya səbəb ola bilər. Avropa İttifaqı Ermənistana siyasi dəstəklə yanaşı, eləcə də hərbi-texniki dəstək verir. Belə olduqda isə Azərbaycan öz etiraz səsini ucaldır.

Çünki Ermənistana hərbi dəstək heç də bu ölkənin müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulmayıb. Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddialarındən əl çəkməyən, revanşist düşüncədə olan qüvvələr var. Ən əsası isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nidiyə kimi imzalanmayıb. Ona görə də Ermənistana verilən silahlar birbaşa olaraq Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır. Avropa İttifaqı bizim bu etirazımızı mütləq nəzərə almalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv