!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BSU-da “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı oldu - FOTO

!Reklam – Yazi

Bakı Slavyan Universitetində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak edib.

Yenicag.az xəbər verir ki, Universitetin rektoru Anar Nağıyev Fondun və BSU-nun təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən danışıb, təhsilə yardım göstərən ictimai institut və xeyriyyə fondlarının fəaliyyətini gələcəyə investisiya kimi dəyərləndirib:

“Bu fondun məqsədi hər birimizin çalışdığı məqsədə – insanların, təhsilin, bəşəriyyətin inkişafına töhfə verməkdir”.

Tədbirin davamında “Huma quşu” Fondunun əməkdaşı Nigar Babazadə Humay haqqında xatirələrini bölüşüb:

“Bizim uşaqlıqda oynadığımız oyunlar da oxuduğumuz kitablar ətrafında idi. Humay elmə, yeni biliklər öyrənməyə çox maraqlı insan idi. Belə adamlar az olur. O, savadlı, dünyagörüşü zəngin olan gənclərimizdən idi”.

Tədbir Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilməsi ilə davam edib.

Təqdimat mərasimində “Huma quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova çıxışı zamanı tədbir iştirakçılarına və dəstək üçün Bakı Slavyan Universiteti rəhbərliyinə təşəkkürünü bildirib, xatirələrini bölüşüb. Daha sonra fondun yaranma tarixindən bəhs edib:

“Bu fond ailəmizin təşəbbüsü ilə yaradılıb. Lakin fondun yaradılmasında bir çox dostlarımız könüllü şəkildə dəstək oldular. Fond kommersiya məqsədi daşımır. Fondun əsas maliyyə qaynağı Humayın BQXK ilə əməkdaşlıq etdiyi dövrdə hesabına yığılmış vəsaitdir. Biz inanırıq ki, fond sonrakı mərhələlərdə ianələrlə daha çox insana yardım edilməsində, dəstək göstərilməsində kömək edəcək”.

Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlardan, o cümlədən 2023-ilin magistr təqaüd proqramından danışıb:

“Təqaüd proqramına 16-35 yaş aralığında Azərbaycan vətəndaşı olan aztəminatlı ailələrin universitet tələbələri müraciət edə bilərlər”.

“Huma Quşu” Fondunun nümayəndəsi Səidə Abdullayeva fondun təqdim etdiyi imkanların qazilərin həyatına təsirindən və cəmiyyətə inteqrasiya imkanlarından danışıb:

“Fondumuz bu günə qədər 3 qazi tələbəmizə dəstək olub, onlar 3 aylıq kursları tamamlayıblar. Onlardan ikisi iki il yarımlıq əlavə kursa yazılıblar və təhsillərini davam etdirirlər. Qazilərimizə göstərdikləri şücaətin qarşılığında dəstək göstərə bilməkdən məmnunluq duyuruq”.

Daha sonra MilliSoft şirkətinin nümayəndəsi Samid Mirsaabov şirkət tərəfindən hazırlanmış və dəstəklənməsi davam etdirilən “Huma Quşu” Fondunun vebsaytını təqdim edib.

Qeyd edək ki, Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, Komitə xətti ilə Kolumbiyanın Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv