!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BTC ilə nəql olunan neftin həcmi açıqlandı

!Reklam – Yazi

2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan neftin həcmi 30,2 milyon ton olub.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə nəql olunan neftin həcmi 29,7 milyon ton olub.

Beləliklə, BTC ilə nəql olunan neftin həcmi illik hesablamada 1,5 faiz artıb.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına 2023-cü ildə Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan 39,8 milyon ton neftin 75,9 faizi düşüb.

BTC ilə 24,95 milyon ton Azərbaycan nefti nəql olunub ki, bu da boru kəməri ilə tədarük olunan ümumi həcmin 82,6 faizini təşkil edir. 17,4 faiz (5,2 milyon ton) neft isə Türkmənistan və Qazaxıstanın payına düşüb. Qeyd edək ki, 2022-ci ildə BTC ilə nəql olunan tranzit neftin həcmi 5,1 milyon ton təşkil edib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Equinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), INPEX (2,50%), ExxonMobil (2,50%) və ONGCVidesh (2,36%).

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv