!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BTC ilə tranzit neft nəqli 42 faiz artdı

!Reklam – Yazi

2022-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 21,688 milyon ton neft nəql olunub.

Yenicag.az bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 78,9 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 27,505 milyon ton neft nəql edilib.

Yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 3,58 milyon ton tranzit nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv