!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu adam düşünmədən danışır" - Zaxarovadan Simonyana CAVAB

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onu “hansısa katibə” adlandırdığı iradına cavab verib.

Yenicag.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat dərc edib.

“Səviyyə ilə bağlı açıq problemlərin olduğunu mübahisə etmək çətindir. Və mən planetin bütün “katibələrinə” dəstək sözləri demək istəyirəm. Xanım yoldaşlarım! Sizin işiniz hətta ən yüksək səviyyəli müdirin də uğurunun açarıdır. Gündəlik, zəhmətkeş işinizlə yanaşı, o cümlədən, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif narahatlıqları həll etmək bizim işimizdir. Bu adam (Alen Simonyan – red.) əminəm ki, düşünmədən danışıb”, – Zaxarova yazıb.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, ona “hansısa idarənin hansısa katibəsinin sözlərinə şərh vermək fikrində” olmadığını demişdi./unikal.az/

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv