!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu adamlar xaricdən gətirilməlidir" - Deputat

!Reklam – Yazi

“Ekstradisiya məsələsindən danışmaq istərdim. Dünyada ekstradisiya olunma daha da ciddiləşdirilməlidir. Azərbaycan əleyhinə iş aparanlar, ölkəmizdə silahlı münaqişəyə, vətəndaş qarşıdurmasına çağıranlar, Azərbaycanın işinə böhtan atanlar var”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Bəziləri qeyd edirlər ki, guya ermənilərin Xankəndidə və başqa yerlərdə qalan əmlakı dağıdılır. Hansı ki, hamısı möhürlənib və qorunur. Bu adamlar xaricdən gətirilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmin dövlətlər qarşısında kəskin məsələ qoymalıyıq. Rusiya ayrı-ayrı dövlətlər qarşısında kəskin məsələ qoyub ki, terror törədənlər və ona dəstək verənlər ekstradisiya olunmalıdır. Biz də bu məsələni qaldırmalıyıq. Siz bu cür mənəvi terrorla məşğul olanlara himayəçilik edirsizsə, biz də sizinkilərə o cür himayəçilik edəcəyik”, – deyə deputat vurğulayıb.

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv