!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu addımlar uğursuzluqla nəticələnib” – AÇIQLAMA

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən işğal atlındakı kəndlərin Azərbaycana qaytarılması gərginliyə gətirib çıxara bilməz.

Çünki müharibə və müharibədən sonrakı zamanlarda Ermənistan çox çətin dövrlər yaşasa da, Paşinyana etibarlılıq yüksəkdir”.

Bu barədə Yenicag.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Əskipara (ermənilər bu kəndi Voskepar adlandırır – red.) kəndində sakinlərlə görüşündə söylədiyi fikirlərə münasibət bildirib.

Erməni müxalifətinin sözügedən məsələyə reaksiyasını şərh edən M.Əliyev isə əmin olduğunu bildirib ki, müxalifətin bütün cəhdləri – hakimiyyətin dəyişdirilməsi yönündə atılan addımlar uğursuzluqla nəticələnib. Onun sözlərinə görə, erməni cəmiyyəti son zamanlar hakimiyyətin getdiyi güzəştləri qəbul edir və ona görə də kəndlərin qaytarılması məsələsində problem yoxdur.

“Mən dünən rus sülhməramlı qoşunlarının Qarabağdan çıxarılması məsələsi ilə bağlı ermənilərin reaksiyasını izlədim. Onlar bu məsələyə kifayət qədər sükutla yanaşdılar və bunun arxasında hər hansı bir ajiotaj olmadı. Sanki ermənilər mövcud vəziyyətlə razılaşıblar və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması prosesinə mane olmayacaqlar”, – siyasi təhlilçi fikirlərini tamamlayıb.

Xatırladaq ki, erməni nazir dünən kənd sakinlərinə delimitasiya prosesin yaxın zamanlarda başlamalı olduğunu bildirərək, Əskiparaya yaxın olan kəndlərin Azərbaycana geri qaytarılması ilə bağlı fikirlər səsləndirib.

Rafi Müslümov

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv