!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu aktrisalara filmlərə çəkilmək QADAĞAN EDİLDİ - FOTO

!Reklam – Yazi

İranda hicab taxmaqdan imtina edən aktrisaların filmlərə çəkilməsinə qadağa qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə Kinematoqrafiyaya peşəkar qiymətləndirmə və nəzarət Baş idarəsinin rəis müavini Həbib İl Beqi İRNA dövlət telekanalına müsahibəsində bildirib.

Buna qədər hicabsız aktrisalarla çəkilmiş filmlər yayımdan silinməyəcək, lakin onlar yeni filmlərdə rol ala bilməyəcəklər. Bundan əvvəl Həbib İl Beqi həmin aktrisalarla əməkdaşlıq etmək istəyən prodüserləri film nümayiş etdirmək üçün lisenziya ilə bağlı problemlərlə hədələyib.

“CinemaDaily” “Telegram” kanalı hicab taxmayan və bu qadağadan təsirlənəcəyi ehtimal edilən 12 aktrisanın siyahısını dərc edib.

 

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili hicab taxmağın əməl olunmalı qanun olduğunu deyib. Onun sözlərinə görə, qanuna əməl etməyənlərlə işləməyin mümkün olmadığını dəfələrlə bəyan edib. Lakin İsmaili kinonəzarət şöbəsinin müdirinin məlumatını nə təkzib, nə də təsdiqləyib./Qaynarinfo/

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv