!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu barədə xəbər verənlər MÜKAFATLANDIRILACAQ

!Reklam – Yazi

Rusiyanın Yaroslavl vilayətində sakinlər küçəyə tüpürənlər barədə xəbər verdikləri üçün mükafatlandırılacaqlar.

Yenicag.az xəbər verir ki, yerli hakimiyyət orqanları yeni qərar layihəsi qəbul edib. Yaroslavl və bölgə sakinləri tüpürənlər barədə xəbər verənləri mükafatlandırılacaqlar.

Yerli qanunvericilər “Bəzi inzibati xətaların aşkar edilməsinə yardım etmiş vətəndaşlara pul mükafatının verilməsi qaydasının təsdiq edilməsi haqqında” qərar layihəsi hazırlayırlar.

Sənədə əsasən, şəhər və rayon sakinləri başqa şəxslərin hüquq pozuntuları barədə məlumat verdikdə mükafatlandırılacaqlar. Məsələn, küçədə tüpürənlər, həmçinin təbii ehtiyacını səhv yerdə ödəyənlər, qraffit çəkənlər, reklamlar asanlar və zibil qutularının yanından zibil atanlar haqqında.

“Biz bölgəmizi daha təmiz, daha rahat və bütün Yaroslavl sakinləri üçün daha firavan etmək üçün bölgə sakinlərini ictimai asayişin monitorinqi prosesinə cəlb etmək istəyirik”, vilayət hökumətinin sədr müavini Tatyana Potyomkina deyib.

Layihəyə görə, qonşusunun, yaxud kiminsə tüpürməsi barədə məlumat verənlər cərimənin 70%-ni ala biləcəklər – ilk tüpürməyə görə 1,5 min rubldan və bütün sonrakılara görə 3 min rubla qədər.

Yaroslavl bölgəsində “tüpürmək haqqında qanun” iyul ayında qəbul edilib. Buna əsasən, insanların küçəyə tüpürməsi qadağan edilir və qaydanı pozanlar cərimələnir.

Xuraman Etibarlı

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv