Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Bu bir dərin millət hekayəsidir” - Ahmet Şafakın “Kuşatma 7 Uyuyanlar”ı Bakıda - FOTO

Musiqiləri ilə geniş tamaşaçı kütləsi qazanan tanınmış türk sənətçisi Ahmet Şafak bu dəfə sevənlərinin qarşısına filmlə çıxacaq.

Yenicag.az xəbər verir ki, sənətçinin ssenarisi əsasında ekranlaşdırılan “Kuşatma 7 Uyuyanlar”ın rejissoru Utku Uçardır.

Həyəcanla gözlənilən filmdə izləyicilərin məşhur film və seriallardan tanıdığı Fulden Akyürek, Özcan Varaylı, Çağatay Akman, Aslı Atıl, Sefa Zengin, Mehmet Tokat, Can Beslen, Eda Etike və digər məşhur aktyorlar rol alıb.

Musiqi rəhbəri bir çox layihələri ilə izləyicilərin rəğbətini qazanan Volkan Sönmez olan filmin sauntreki və musiqiləri Armet Şafaka məxsusdur.

Oktyabrın 31-də Bakıda “Cinemaplus” salonlarında nümayiş olunacaq “Kuşatma 7 Uyuyanlar”, vətənpərvər türk komandiri Turanın Türkiyədə çevrilişə cəhd edən cinayətkar qrup “Nemesis”ə qarşı mübarizəsindən bəhs edir.

Yüz il əvvəl Osmanlı qurucuları və dövlət adamları Talat Paşa, Cemal Paşa, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski, eləcə də Daxili İşlər Naziri Cavanşiri şəhid edən “Nemesis” erməni terror təşkilatı filmdə yenidən gündəmə gətirilir.

Cəsur komandir Turan, cinayətkar dəstələrin həyata keçirdiyi bu çevrilişin qarşısını ala biləcəkmi? Filmi izləyin…

Qeyd edək ki, “Bu bir dərin millət hekayəsidir” sloqanı ilə filmsevərlərə təqdim olunacaq ekran işi “Küsena Film” tərəfindən ekranlaşdırılıb.

www.yenicag.az

3182
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM