!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu bölgədə qeyri-sabit hava şəraiti DAVAM EDİR

!Reklam – Yazi

 

Ötən axşam Şəki-Zaqatala rayonlarında küləklə müşahidə olunan leysan yağışları hər hansı ciddi fəsad yaratmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətləri yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

İki saata yaxın bölgədə davam edən leysan yağışlarından sonra dağ çaylarında sululuq artıb. Çayların məcrası təmizləndiyindən sel daşqınları qeydə alınmayıb.

Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, magistral kənarlarında bir neçə yerdə ağacların xırda budaqları qırılıb. Həmin budaqlar yığışdırılıb. Külək və leysan yağışları əsasən taxıl biçini ilə əlaqədar bəzi ərazilərdə zəmilərdə buğda və arpa gövdələrinin əyilməsinə səbəb olub. Mütəxəssislər bildirir ki, bu elə də qorxulu məqam deyil.

Günəş çıxan, hava qızınan kimi zəmilər əvvəlki vəziyyətini alacaq. Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv