!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu bölgələrdə zəlzələ gözlənilir: Geoloqdan ŞOK PROQNOZ

!Reklam – Yazi

Türkiyənin tanınmış geoloqu Okan Tüysüz zəlzələ ilə bağlı yeni proqnoz verib.

Yenicag.az xəbər verir ki, o, dağıdıcı zəlzələlərin ola biləcəyini deyib.

Geoloqun sözlərinə görə, afterşoklar uzun müddət davam edə bilər:

“Heç bir vilayətimizdə yüzlərlə il boyunca 6 fevraldakı kimi bir zəlzələ baş verməyəcək. Afterşoklar uzun müddət davam edə bilər. Nə zaman bitəcəyini deyə bilmərik. Bəlkə aylar, bəlkə də illər sonra bitər. Yenə də belə afterşokların olma ehtimalı çox yüksəkdir. Amma mütləq olacağını da demək olmaz. Malatya, Samandağ, Pütürge, Narlı və Pazarcıka qədər gedən fay xətlərində bir daha zəlzələ gözlənilmir”.

Okat Tüysüz yeni zəlzələ olma ehtimalı olan bölgələrdən də söz açıb:

“Hazırda afterşoklar Qərbə doğru yayılır. Bu bölgədə gərginliyin artdığını görürük. Cənubda Kurucaova, Tekir və Çağlayana doğru uzanan bir xətt var. Afterşoklar burada gərginliyin hələ də bitmədiyini göstərir. Buradakı fayların tarixini və sürətini yaxşı bilmirik.

Bu bölgədə 5-6 bal gücündə zəlzələlərin baş verməsi sürpriz olmaz. Lakin zamanı və ya olacağı dəqiq deyil. Həmçinin, Malatya-Ovacık bölgəsindəki güclü zəlzələ yaratma potensialı olan fay xətləri var. Bu fay xətlərinin üzərində çalışmaq lazımdır. Çox güclü zəlzələ olacağını düşünmürəm. Çünki bu fay xətti çox yavaş və uzunmüddətli fasilərlə zəlzələ yaradır”.

Geoloq çıxışına belə davam edib:

“Adıyaman, Qaziantep və Antakyada zəlzələ gözlənilmir. Samandağ sahillərində zəlzələ ola bilər, amma nə zaman olacağını bilmirik. Lakin onun da 6 balı keçməyəcəyini düşünürəm.

Adana, Osmaniye, Mersin, Kıbrısda da böyük zəlzələlər gözlənilmir. Həmçinin, Bingöldə də yıxıcı zəlzələlər meydana gələ bilər. Ancaq nə zaman olacağını bilmirik. Bununla yanaşı, Suriyanın şimalında da zəlzələ gözlənilir”.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv