Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu çətin günlərdə hər bir məktəbli üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir

Təhsil bir insanın tam formalaşaraq şəxsiyyətə çevrilməsində ən mühüm rol oynayan komponentlərdəndir.

Hüququ dövlət olan Azərbaycanda hər bir vətəndaşın təhsil almaq hüququ konstitusiya ilə tövsif olunur. O cümlədən biz şagirdlərin də ən əsas vəzifəsi dövlətimiz tərəfindən bizə tanınan bu hüquqdan istifadə edərək müəllimlərimiz tərəfindən bizə verilən təhsili mükəmməl şəkildə mənimsəməkdir.

Təbii ki, hazırki qlobal koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra problemlər yaradıb. COVİD-19 səbəbilə təhsil ocaqlarının onlayn təhsil sisteminə keçməsi istər müəllimlər, istərsə də şagirdlər üçün bir sıra çətinliklər yaratsa da, bunun öhdəsindən gəlmək mümkün olur. Belə ki, şagirdlər onlayn dərslər vasitəsilə biliklərə yiyələnir, tam proqramı mənimsəyirlər.

Bəli, bu çətin günlərdə biz şagirdlər daha diqqətli və daha məsuliyyətli olmalıyıq. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməli, bununla yanaşı ev şəraitində müxtəlif idman hərəkətləri ilə sağlamlığımızın da qeydinə qalmalıyıq. Koronavirus bizləri təhsildən kənar salmamalı, əksinə biz şagirdlər bu çətin günlərdə öz vəzifə borcumuzu qüsursuz yerinə yetirərək dərslərimizə hazır olmalıyıq.

Əli HEYDƏRLİ

Bakı Türk Anadolu Litseyi, 11-ci sinif şagirdi

 

www.yenicag.az

27