!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu cür uşaqlar ailənin özü üçün təhlükədir” – Psixoloqdan dəhşətli proqnoz

!Reklam – Yazi

Dünən bütün ölkə çox ağır xəbərlə “silkələndi”. Bir ailə tamamilə məhv edildi. Qətli isə oğul törətmişdi. Bu dəhşətli hadisənin baş vermə səbəblərini istintaq orqanları araşdıracaq, bu, öz yerində.

Bəs bunun psixoloji məqamları?

Bir insan necə öz doğmalarını qətlə yetirə bilər?

Bunu ona nə vadar edə bilər?

Onun cəmiyyətdə sərbəst davranması ətrafdakılar üçün nə qədər təhlükəlidir?

Bu suallarla klinik psixoloq Aidə Sübhana üz tutduq:


“Baş vermiş hadisə çox tükürpədicidir. Qeyd edim ki, bu cür cinayəti törədən insan bunu ilk dəfə etmir. Demək ki, bundan əvvəl də yaşadığı bəlli bir təcrübə var. Adətən belə bir cinayəti edən insanlarda yüksək affektiv vəziyyət müşahidə oluna bilər. Bu cür hallarda emosional sferada bir kütləşmə baş verir, bu da hər kəsin addım ata biləcəyi cəhd deyil. Adətən belə hallar birdən-birə baş vermir. Uzun müddət gərginliklər yaşanılır. Çox güman ki, həmin ailədə də belə gərginliklər yaşanılıb. Sadəcə, “biabır olmayım” prinsipi ilə bu hallar gizlin saxlanılıb, vaxtında həmin adam nə nevropatoloqa, nə də psixoloqa göstərilməyib. Bu da dünənki ağır bir dönəmə gəlib çıxıb. Çox təəssüflər olsun … Bu, həqiqətən də çox böyük bir ailə faciəsidir. Və qeyd edim ki, bugünkü gündə ailələr övladlarında bu cür aqressiya, zorakılığa meyl hiss edirsə, onlarda qəddarlıq elementləri və affektiv davranışlar müşahidə edirsə, həmin uşaqlar mütləq müalicə olunmalıdırlar. Çünki bu gün müalicə almayan həmin uşaqlar gələcəkdə ailənin özü üçün birbaşa təhlükə mənbəyinə çevrilirlər”

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv