!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu da sizə Paşinyana görə...” - Rusiya Ermənistandakı işçilərini CƏZALANDIRIR

!Reklam – Yazi

Rusiya Ermənistandakı işçilərini pullarını kəsməklə cəzalandırır.

Yenicag.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı hücumları nəticəsiz qalmayıb. Bu, təkcə Rusiya rəsmilərinin açıq bəyanatları şəklində deyil, həm də digər tədbirlərdə də özünü büruzə verir. Bundan isə Rusiya müəssisələrinin Ermənistan nümayəndəliklərinin əməkdaşları əziyyət çəkirlər.

Xüsusilə də Rusiyaya məxsus “Qazprom-Armeniya” və “İrəvanqaz” müəssisələrinin işçiləri mükafatlardan, bonuslardan və müavinətlərdən məhrum ediliblər. Erməni mətbuatının yazdığına görə, bu, şirkətin komandaları arasında ciddi narazılığa səbəb olub.

“Əvvəllər bonuslar və müavinətlər müntəzəm idi. İndi illərdir qurulmuş təcrübə ləğv edilib. Yeni il mükafatından başqa heç bir bonus yoxdur. Onlar maaşları artırmağı dayandırdılar və əksinə, hər iki şirkətdə hətta maaşları azaldıblar”, – deyə işçilər şikayət edirlər.

Kollektivlər Moskvaya şikayət məktubları yazaraq onlardan tədbir görmələrini xahiş etmək niyyətindədirlər. Üstəlik, jurnalistlərin öyrənə bildiyi kimi, “Qazprom”un digər bölmələrində, o cümlədən, xarici bölmələrdə bonusların ödənilməsi praktikasında heç bir dəyişiklik baş verməyib.

Xuraman Etibarlı

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv