!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu Dövlət Komissiyasının tərkibi genişləndirildi

!Reklam – Yazi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, BMT-nin n İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılmış Dövlət Komissiyasının tərkibi genişləndirilib.

Komissiyanın üzvləri sırasına energetika nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini daxil edilib.

Ləğv edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri isə Komissiyanın üzvləri siyahısından çıxarılıb.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv