Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bu dövlətlər İraqdan qaçır - SİYAHI

Qasim Süleymaninin öldürülməsindən sonra son dərəcə gərginləşən ABŞ-İran münasibətləri İraqı çıxılmaz vəziyyətdə qoyub.

Yenicag.az xəbər verir ki, İraq Parlamentinin öz ölkələrinin başqa dövlətlərin müharibə zonası olmadığını bəyan edərək, İraqda hərbi baza və əsgərləri olan dövlətlərdən ölkəni tərk etmələrini tələb etməsi vəziyyəti daha da gərginləşdirib.

Buna adekvat olaraq, ABŞ prezidenti Tramp İraqdan tikilən hərbi bazanın xərclərini tələb edib, bu ölkəni sanksiyalarla hədələyib. 

Ancaq bu ölkədə hərbi bazası və əsgəri olan digər ölkələr təcili şəkildə İraq Parlamentinin bu qərarını yerinə yetirməyə başlayıblar. Almaniya, İspaniya, Kanada və NATO əsgərlərini sürətli bir şəkildə İraqdan çəkmək qərarı alıb.

İŞİD-ə qarşı peşmərgə və İraq əsgərlərinə təlim keçən 130 alman əsgərinin bir bölümü İordaniyaya köçürülüb. 

İspaniya da 13 əsgərindən 10-nu Kuveytə göndərdiyini açıqlayıb. 

Kanadanın Baş Qərargah rəisi Jonathan Vance, İraqdakı 500 hərbi heyətin Kuveytə göndəriləcəyini bildirib. 

NATO da İraqdakı müxtəlif millətlərdən olan 500 nəfərlik heyətin bir qismini ölkədən çıxaracağını elan edib. 

www.yenicag.az

8500