!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, dünyada unikal təcrübədir" - Hikmət Hacıyev

!Reklam – Yazi

Azərbaycan işğaldan azad edilən ərazilərimizdə böyük yenidənqurma-bərpa işləri görür və bu, dünyada unikal təcrübədir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bu unikal təcrübəsini bölüşməyə hazırdır.

“Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq. BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstəklərini göstərirlər”,- deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv