!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, əhalinin süni qiymət artımından əziyyət çəkməsinə səbəb olur” - İqtisadçı rəyi

!Reklam – Yazi

“Monopoliyalara qarşı mübarizədə zəiflik azad sahibkarlığın inkişafına mane olur”.

Bunu iqtisadiyyatın inkişaf etdirilməsi üçün atılmalı olan addımlardan danışan iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, iqtisadiyyatın dirçəldilməsi üçün qarşıya qoyulmalı üç nüans var:

“İqtisadiyyatın yüksək səviyyədə inkişaf edə bilməməsinin əsas səbəblərindən biri Azərbaycanda məmur sahibkarlığının geniş yayılmasıdır. Məmurlar inzibati resurlardan, əlaqələrdən istifadə edərək monopoliya yaradır. Bu da sahəyə faktiki olaraq başqalarının girişini məhdudlaşdırır. Korrupsiya sayəsində formalaşan gəlir bu formada leqallaşdırılır. Nəticə etibarilə bu fəaliyyət azad sahibkarlığa maneədir.

İkinci məsələ isə dövlətin özəlləşdirməyə getməsinə baxmayaraq, bir çox müəssisələrin hələ də dövlət nəzarətində olmasıdır. Müəssisələrin dövlətin monopoliyasında saxlanılması həm azad sahibkarlıq, həm də idarəetmədə dövlət üçün bir sıra problem yaradır. Dövlət İnvestisiya Holdinqinin qarşısında bu məsələnin həll olunması üçün məqsəd qoyulub. Azad sahibkarlığın fəaliyyət zonasının genişləndirilməsi üçün onlara verilən imkanlar artırılmalıdır.

Son olaraq isə rəqabət mühiti ilə bağlı problemdir. Bu, azad sahibkarlığın fəaliyyətinə maneə törədən əsas amillərdən biridir. Rəqabət mühitini yuxarıda saydığım nüanslarla yanaşı vergi və gömrük məsələlərində də qeyri-bərabərliyin yaratdığı çatışmazlıqlar pozur. Bu da bərabər şərtlər altında rəqabəti çətinləşdirir.

Sadalanan problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Lakin monopoliyalara qarşı mübarizədə zəiflik əhalinin süni qiymət artımından əziyyət çəkməsinə, azad sahibkarlığın inkişafına mane olur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv