!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ərazidə qaz təchizatı müvəqqəti olaraq dayandırıldı

!Reklam – Yazi

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Yenicag.az xəbər verir ki, Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini təbii qazla təmin edən daşıyıcı qaz xəttinə mavi yanacağın verilməsi kəsilib.

Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.

Təmir işlərinin bu gün günorta saatlarında başa çatdırılması planlaşdırılır./Report/

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv