!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ərazilərdə leysan yağdı, şimşək çaxdı - FAKTİKİ HAVA

!Reklam – Yazi

Avqustun 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Böyük Qafqaz zonasının bəzi yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı: Qəbələdə 34 mm (aylıq normanın 50 %-i), Şəkidə 20 mm (aylıq normanın 36 %-i), Qrızda 14 mm, Qaxda 10 mm, İsmayıllı, Xaltan, Şahdağ, Şamaxı, Oğuz, Quba, Altıağac, Qusar, Şabran, Qobustan, Balakən, Neftçalada 7 mm-dək olub.

Külək: Qərb küləyi arabir Ceyrançöldə 18 m/s, Şamaxıda 17 m/s-dək güclənib.

Gözlənildiyi kimi havanın temperaturu avqustun ayının birinci yarısına nisbətən bir qədər aşağı enərək, Bakıda və Abşeron yarımadasında 32-35 dərəcə, Naxçıvan MR-da 36-38 dərəcə, aran rayonlarında 33-39 dərəcə, dağlıq rayonlarda 27 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 20-si axşam saatlarından tədricən kəsiləcəyi, 21-22-də gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv