!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ərazilərdə niyə zibil qabı yoxdur? - VİDEO

!Reklam – Yazi

Bakının mərkəz küçələrində şəhərin təmizliyi üçün kifayət qədər zibil qabı olsa da, bunu ətraf qəsəbələr haqqında deyə bilmərik. Çünki həmin ərazilərdə belə konteynerlər bir-birindən uzaq qoyulduğundan sakinlər zibili atmaq üçün xeyli yol gedirlər. Bəziləri isə hətta məsafə uzaq olduğundan tullantıları hara gəldi atırlar. Xətai rayonu NZS qəsəbəsinin sakinləri oxşar vəziyyətdən əziyyət çəkirlər. Onlar bildirirlər ki, yaşayış məntəqəsi getdikcə böyüsədə, küçələrə qoyulan zibil qablarının sayı artırılmır.

Sabunçu və Suraxanı rayonlarının məhəllə daxili yollarında da zibil qabları azlıq təşkil edir. Bəzi yerlərdə isə belə qutular uzun müddətdir dəyişdirilmədiyindən istismara yararsız hala düşüb. Qapaqlarının olmaması atılan tullantılardan əmələ gələn kəskin qoxunu ətrafa yayır.

Xətai rayonu Mənzil Komunal Təsərrüfatı birliyinin baş mühəndisi Sahib Babayev “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, artıq rayonda yeni zibil qablarının qoyulması işlərinə başlanıb və bunun üçün 200 meydança hazırlanıb. Onun sözlərinə görə zibil konteynerləri quraşdırılarkən həmin ərazidə məskunlaşan insanların sayı əsas götürülür.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, hazırd apaytaxt üzrə ümumilikdə 4 rayonda yeni zibil qabları qoyulub. Digər rayonlar da yaxın zamanlarda yeni konteynerlərlə təmin ediləcək.

 

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv