!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, ermənilərin son çırpıntılarıdır, Azərbaycan təzyiqi artırmalıdır" - Partiya sədri

!Reklam – Yazi

“Erməni mətbuatı Rusiyadan sonra indi də Fransanı xəyanətkar çıxarıb”.

Bu sözləri Qarabağdakı separatçı rejimin ərzaq qıtlığı yaşandığı barədə iddiaları və dünya ictimaiyyətini çaşdıracaq digər yalanlar qarşısında Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ermənilər son çırpıntılarını edirlər:

“Ermənilərin “ərzaq qıtlığı var”, “vitrinlər boşdur” kimi dünyaya car çəkdikləri məlumatlar yalan idi. Bilirdik ki, ermənilərin gizli yolları var. Sadəcə erməni hiyləsi idi. Laçın dəhlizinin bağlanmasını, guya humanitar böhran yaşadıqları fikrini ortalığa atmışdılar. Bunun üzərindən də alver etdilər. Bu məqamda dünyaya bildirmək lazım idi ki, Laçın dəhlizi də açıqdır, onların nəzarətsiz hərəkət etdiyi alternativ yolları var. Bunu gizlətməklə nə olur?

Ermənilərin ciddi hesab etdikləri politoloqlar var, onlar vəziyyətin acınacaqlı olduqlarını deyirlər. Hesab edirəm ki, bunlar ermənilərin son çırpıntılarıdır. Azərbaycan tərəfi qətiyyən güzəştə getməməlidir. Təzyiqi artırmalıdır.

Fransa Senatı Azərbaycan əleyhinə qərarlar qəbul etmişdi. Adətən, hökumətlə parlament arasında fikir ayrılıqları həmişə olub. Fransa Senatının sədri Ermənistana gəlib. O deyib ki, “Artsax”ın müstəqilliyini tanıya bilmərik. Tərəflər, gərək, razılaşsın. Hətta qəbul etdikləri qərarın əleyhinə bəyanat veriblər. Erməni mətbuatı Rusiyadan sora indi də Fransanı xəyanətkar çıxarıb. Azərbaycan düz yoldadır, təzyqi artırmaqda davam etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv