!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Ermənistana arxa duran qüvvələrin məğlubiyyətidir" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan, erməni lobbisi və onlara arxa duran dövlətlər məğlub oldular”.

Bu sözləri Ermənistanla Azərbaycan dövlət sərhədinin tam bərpa edilməsini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan Qarabağın kimə məxsus olmasını dünyaya göstərdi:

“Ermənistan Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması deməkdir. Bu münasibətlə xalqımıza təbrik düşür. Uzun illərdir bunu arzulayırdıq, o an yetişdi. Azərbaycan ordusu sərhədi bərpa etdi. Bu, çox əhəmiyyətli hadisədir. Eyni zamanda bu, dünyaya Qarabağın Azərbaycana məxsus olmasının nümayişi idi.

Baş verən hadisə Ermənistanın, onlara arxa duran qüvvələrin məğlubiyyətinin göstərcisidir”.

Səxavət Məmməd

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv