!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ərzaq mallarının ölkə ərazisindən aparılması tənzimlənəcək - QƏRAR

!Reklam – Yazi

Nazirlər Kabineti Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında Qərar verib.

Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov Qərarı imzalayıb.

Qərarda deyilir:

“İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Müəyyən edilsin ki:
– siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir;

– bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir;

– bu Qərara əlavə edilən siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu
maddəsinə uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1.3-cü bəndində nəzərdə tutulmuş müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxır;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü
müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Bu Qərarın 1-ci hissəsi bu Qərara əlavə edilən siyahıya daxil olan malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq gömrük ərazisindən aparılmasına şamil olunmur.

Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

***

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların S İ Y A H I S I

Sıra

№-si

XİF MN üzrə

kod

Malın adı
1. 0102 Diri iribuynuzlu mal-qara
2. 0104 Diri qoyunlar və keçilər
3. 0201 Təzə və ya soyudulmuş

iribuynuzlu mal-qara əti

4. 0202 Dondurulmuş iribuynuzlu

mal-qara əti

5. 0204 Təzə, soyudulmuş və ya

 

 

dondurulmuş qoyun əti və ya keçi əti

6. 0207 11 Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya

soyudulmuş əti

7. 0207 12 Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti
8. 0207 13 Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri

və ətin əlavə məhsulları

9. 0207 14

(0207 14 990 1

istisna olmaqla)

Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin

əlavə məhsulları

10 0402 Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici
maddələr əlavə edilmiş süd

və qaymaq

11. 0405 Kərə yağı və süddən

hazırlanmış digər piylər və yağlar; südlü pastalar

12. 0407 Qabıqlı, təzə,

konservləşdirilmiş və ya suda

bişirilmiş quş yumurtaları

13. 0701-dən Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən

faraş kartof istisna olmaqla)

14. Qrup 10 Dənli bitkilər
15. Qrup 11 Unüyütmə-yarma sənayesi məhsulları; səməni;

nişastalar; inulin; buğda özü

16. Qrup 12 Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki

bitkilər; Saman və yem

17. 1509 Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:
18. 1510 00 Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla
19. 1512 11 Günəbaxan və ya saflor yağı

və onların fraksiyaları, xam

yağ

20. 1512 19 Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri
21. 1515 21 Qarğıdalı yağı və onun

fraksiyaları, xam yağ

22. 1515 29 Qarğıdalı yağı və onun

fraksiyaları, digərləri

23. 1516 20 Bitki piyləri və yağları və onların fraksiyaları
24. 1517 Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları

və ya hazır məhsulları

25. 1701 Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza
26. 1901 10 000 0 Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar

üçün hazır məhsullar

27. 1902 İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti,

makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni

kimi makaron məmulatları; hazırlanmış və ya

hazırlanmamış kuskus

28. Qrup 23 Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv