!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ət satışı məntəqələrilə bağlı inzibati tədbir görüldü

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, 2 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Bərdə rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
1. Həsənov Elbrus Əlifağa oğlu Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24 İnzibati protokol tərtib edilib
2. İsmayılov Fərhad Söhrab oğlu Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 125B İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb
3. Şükürov Nicat

Hümbət oğlu

Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24, ev 11A İnzibati protokol tərtib edilib
4. Rüstəmov Ehtiram Şahmar oğlu Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28/10 İnzibati protokol tərtib edilib
5. Nəsibov Ramiz Məhəmməd oğlu Yasamal rayonu, 2-ci Alatava küçəsi İnzibati protokol tərtib edilib
6. Əliyev Əhliman Hüseyn oğlu Yasamal rayonu, 2-ci Alatava küçəsi İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb
7. Əhmədov Zaur

 

Sabir oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi İnzibati protokol tərtib edilib
8. Heydərov Şahin

Baba oğlu

Yasamal rayonu, M.Xiyabani küçəsi 32 İnzibati protokol tərtib edilib
9. Səfərov Surxay

Akif oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi İnzibati protokol tərtib edilib
10. Cümşüdov Teymur Məhəmmədəli oğlu Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232 İnzibati protokol tərtib edilib
Xaçmaz rayonu üzrə
11. Fərzəliyev Rəsul Salamı oğlu Xaçmaz şəhəri, N.Nərimanov küçəsi İnzibati protokol tərtib edilib
Bərdə rayonu üzrə
12. Məmmədov Şahin Cavanşir oğlu Cəyirli kəndi İnzibati protokol tərtib edilib
13. İmanov İqbal Akif oğlu Zümürxan kəndi Yenidən bərpa edilmiş qurğular sökülüb

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv